Zaqatalada qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb

Qafar Ağayev11:44 - 27 / 04 / 2023
Zaqatalada qanunsuz ağac kəsiminə görə cinayət işi açılıb

Zaqatala rayonunun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Paylaş:
349

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər