Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni Tədbirlər Planı təsdiq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni Tədbirlər Planı təsdiq edib

Qafar Ağayev16:58 - 28 / 04 / 2023
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni Tədbirlər Planı təsdiq edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda istehlakçıların içməli su ilə təmin edilməsi, sudan nəzarətdənkənar istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə yeni Tədbirlər Planı təsdiq edib.

1news.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, Planın operativ və keyfiyyətli icrası, içməli su təchizatı sisteminə qanunsuz, nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə “Azərsu” ASC Fəaliyyət Planı təsdiq edib. Plana uyğun olaraq ilk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr və digər obyektlərin su təchizatı sistemlərinə qanunsuz qoşulmalarının müəyyən edilməsi, qeydiyyata alınması, sayğacla təmin olunması istiqamətində tədbirlərin görülməsi ciddi tapşırıq kimi qarşıya qoyulub. Eyni zamanda, cari ilin sonuna qədər planlaşdırılandan əlavə 100 min sayğacsız abonentin sayğacla təmin edilməsi nəzərdə tutulur.

Su itkilərinin azaldılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədilə Abşeron yarımadasındakı Sukanal idarələrinin hər biri üzrə işçi qrupları yaradılıb. İşçi qruplar nöqsanların aradan qaldırılmasına birbaşa nəzarət etməklə, aşkar edilmiş faktlarla bağlı təhlillər aparacaq, yerli icra hakimiyyətləri ilə əlaqəli fəaliyyətin təşkilini həyata keçirəcək.

Bundan sonra içməli su təchizatı sistemlərinə özbaşına qoşulma, sudan qanunsuz və nəzarətdənkənar istifadə hallarına qarşı tələblər daha da sərtləşdiriləcək. Belə hallar aşkarlandığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun dərhal sərt tədbirlər görüləcək, suyun xeyli miqdarda talanması halları üzrə birbaşa hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Eyni zamanda bu hallara şərait yaradan məsul şəxslər barəsində ciddi tədbirlər görüləcək.

"İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısının alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır", - deyə agentlik bəyan edib.

Paylaş:
885

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər