DİN Bakıda polislərə tabe olmayan “Toyota Prius” sürücüsü ilə bağlı yeni məlumat yaydı - VİDEO - YENİLƏNİB
Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.
DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən şəxsin saxlanılması DYP əməkdaşları ilə birgə təmin edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
Saat 10:32
Bakıda “Memar Əcəmi” metrostansiyasının yaxınlığında avtoxuliqanlıq edən Toyota “Prius” sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb.
1news.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Görüntülərdən göründüyü kimi, “Toyota Prius”un sürücüsü ətrafda olan polis və digər maşınlarını vuraraq əzib. Hadisə yerinə gələn Dövlət Yol Polisi Baş İdarəsinin əməkdaşları sürücünün hərəkətlərinə müdaxilə etməyə çalışıblar. Kadrlarda qəza törədən sürücünün polis əməkdaşlarının müdaxiləsinə məhəl qoymadığı görünür.
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə ola dövlət qeydiyyat nişansız "Toyota Prius" markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaratmış polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmamış və nəticədə bir neçə nəqliyyat vasitəsinədə maddi ziyan dəymişdir.
"Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək".