“Anadolu Qartalı - 2023” aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Anadolu Qartalı - 2023” aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər

16:18 - 29 / 04 / 2023
“Anadolu Qartalı - 2023” aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Paylaş:
598

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər