Bu gün Bakıda dumanlı hava müşahidə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Bakıda dumanlı hava müşahidə olunub

11:45 - 29 / 04 / 2023
Bu gün Bakıda dumanlı hava müşahidə olunub

Bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olub. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını əmələ gətirib.
Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Paylaş:
533

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər