Xaçmaz prokurorluğunda sabiq bələdiyyə sədri ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz prokurorluğunda sabiq bələdiyyə sədri ilə bağlı araşdırma aparılır

Qafar Ağayev14:15 - 01 / 05 / 2023
Xaçmaz prokurorluğunda sabiq bələdiyyə sədri ilə bağlı araşdırma aparılır

Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Xaçmaz rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

Paylaş:
507

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər