Laçın sərhəd postundan ilk erməni maşınları keçdi, pasportlar yoxlanıldı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın sərhəd postundan ilk erməni maşınları keçdi, pasportlar yoxlanıldı – VİDEO

Qafar Ağayev09:10 - 01 / 05 / 2023
Laçın sərhəd postundan ilk erməni maşınları keçdi, pasportlar yoxlanıldı – VİDEO

Ötən gün Laçın yolundakı nəzarət buraxılış məntəqəsindən ilk erməni avtomobilləri keçib.

1news.az İTV-yə istinadən xəbər verir ki, avtomobillər Azərbaycan gömrük əməkdaşları tərəfindən yoxlanılıb.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Daha sonra, Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulub.

Paylaş:
391

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər