Məşədi Dadaş məscidinə yeni imam təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

11:28 - 02 / 05 / 2023
Məşədi Dadaş məscidinə yeni imam təyin edilib

Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Paylaş:
668

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər