Biləsuvarda bəzi evləri və həyətyanı sahələrini su basıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda bəzi evləri və həyətyanı sahələrini su basıb - FOTO - VİDEO

18:06 - 03 / 05 / 2023
Biləsuvarda bəzi evləri və həyətyanı sahələrini su basıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Biləsuvar şəhəri ərazisində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Paylaş:
373

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər