Sabah bu il üçün ilk ay tutulması gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bu il üçün ilk ay tutulması gözlənilir

13:53 - 04 / 05 / 2023
Sabah bu il üçün ilk ay tutulması gözlənilir

Sabah 2023-cü ilin 1-ci Ay tutulması baş tutacaq.

1news.az xəbər verir ki, bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.

Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktida görmək mümkün olacaq.

Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Qeyd edək ki, 2023-cü ilin 2-ci Ay tutulması oktyabrın 28-də baş verəcək.

Paylaş:
230

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər