Bakıda obyektdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda obyektdə yanğın olub

10:23 - 04 / 05 / 2023
Bakıda obyektdə yanğın olub

Bakıda obyektdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Xətai rayonunda ümumi sahəsi 250 m² olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan "Mercedes" və "Honda" markalı minik avtomobillərinin ön hissəsi, "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
382

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər