Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb

11:10 - 04 / 05 / 2023
Sumqayıtda bank hesabından oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Emin Həsənov saxlanılıb.

Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.

Paylaş:
242

Son xəbərlər

Prezident fərman imzaladı

13 / 08 / 2026, 17:31
Bütün xəbərlər