Britaniya şirkəti RAMS sistemindən istifadə etməklə minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlıq edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniya şirkəti RAMS sistemindən istifadə etməklə minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlıq edir

18:38 - 05 / 05 / 2023
Britaniya şirkəti RAMS sistemindən istifadə etməklə minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlıq edir

Böyük Britaniya şirkəti “RPS Energy Ltd.” ərazilərin minalardan təmizlənməsində dronların və süni intellektin tətbiqi sahəsində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) ilə fəal əməkdaşlıq edir.

“Report” xəbər verir ki, bu barədə “RPS Energy Ltd.”nin texniki direktoru Devid Denman brifinq zamanı jurnalistlərə bildirib.

“Biz dronlar və süni intellektdən istifadə etməklə məsafədən (havadan) mina sahəsinin tədqiqi sistemindən (RAMS) istifadə üzrə ANAMA ilə əməkdaşlıq edirik. Bu istiqamətdə bir çox ölkələrdə işləmişik. Lakin Azərbaycanda minalarla çirklənmiş ərazilərin sahəsi böyükdür. Buradakı çirklənmə adi sahələrlə məhdudlaşmır, biz mina tələlərinə də rast gəlirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, minatəmizləmə işlərinin əsas məqsədi “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə evlərinə qayıtmasıdır: “Üstəlik, minatəmizləmə işləri həm hərbçilərin, həm də mülki şəxslərin ölümünün qarşısını almağa kömək edəcək”.

Paylaş:
393

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər