Devid Denman: “Ərazilərin minalarla çirkləndirilməsi tez-tez insanların həlak olmasına səbəb olur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Devid Denman: “Ərazilərin minalarla çirkləndirilməsi tez-tez insanların həlak olmasına səbəb olur”

18:39 - 05 / 05 / 2023
Devid Denman: “Ərazilərin minalarla çirkləndirilməsi tez-tez insanların həlak olmasına səbəb olur”

“Azərbaycanda geniş ərazi minalarla çirklənib və ərazilərin təmizlənməsi böyük zəhmət tələb edir”.

“Report” xəbər verir ki, bunu ANAMA ilə əməkdaşlıq edən Böyük Britaniyanın “RPS Energy Ltd.” şirkətinin texniki direktoru Devid Denman keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iş çox ağırdır, ərazilərdə təhlükə yüksəkdir.

"Təəssüf ki, bu yaxınlarda “RPS Energy Ltd.” şirkətinin subpodratçısı olan “RB Group”un üç əməkdaşı mina partlaması nəticəsində həlak olub", - D.Denman söyləyib.

O deyib ki, həmin şəxslər çox çətin şəraitdə iş görürdülər.

Xatırladaq ki, aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkəti ilə çalışan 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olub.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
534

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər