Rafiq Bayramov əfv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Rafiq Bayramov əfv edildi

10:01 - 08 / 05 / 2023
Rafiq Bayramov əfv edildi

Sabiq mədəniyyət nazirinin müavini Rafiq Bayramov əfv edilib.

1news.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.

Qeyd edək ki, R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

Həmçinin oxuyun:

Prezident əfv sərəncamı imzalayıb - SİYAHI

Paylaş:
410

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər