Toyda ərinə boşanacağını dedi, 8 bıçaq zərbəsi aldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyda ərinə boşanacağını dedi, 8 bıçaq zərbəsi aldı

13:28 - 10 / 05 / 2023
Toyda ərinə boşanacağını dedi, 8 bıçaq zərbəsi aldı

Bakının Xətai rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

1news.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, mayın 9-u Məhəmməd Hadi küçəsində yerləşən “Təbrik” şadlıq evində keçirilən mərasim zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova 1982-ci il təvəllüdlü həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

APA-nın mlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, V.Abbasova toyda ərinə ondan boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Paylaş:
403

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər