“Improtex” Şirkətlər Qrupu Heydər Əliyevin xatirəsini anıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Improtex” Şirkətlər Qrupu Heydər Əliyevin xatirəsini anıb

16:19 - 10 / 05 / 2023
“Improtex” Şirkətlər Qrupu Heydər Əliyevin xatirəsini anıb

“Improtex” Şirkətlər Qrupu Heydər Əliyevin xatirəsini anıb.

Azərbaycan xalqı dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət, müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. “İmprotex” Şirkətlər Qrupunun əməkdaşları Fəxri xiyabanı ziyarət edərək xalqımızın ümümmilli liderini ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.

Bütün ömrünü, həyatını xalqına həsr edən Ulu öndər, həm də çağdaş Azərbaycan Respublikasının, onun müasir dövlətçilik tarixinin memarı və yaradıcısıdır.
Dünya tarixində çox az dövlət xadimi tapılar ki, ölkənin əksər sahələrinin inkişafı onun adı ilə bağlı olsun, təməli onun səyləri nəticəsində atılsın. Ulu öndər məhz bu cür nadir dahilərdəndir.

“Improtex” Şirkətlər Qrupu olaraq Ümummilli Liderin əziz xatirəsini dərin minnətdarlıqla anırıq!

Paylaş:
374

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər