Azərbaycan Hava Yolları ilə uşaqlar üçün Dubaya hədiyyə aviabilet! - VİDEO
Bu yay ailələri Dubayda unudulmaz tətil keçirməyə dəvət edirik. AZAL-ın xüsusi 2+1 təklifi sayəsində uşaqlarla tətil daha əlverişli olacaq: 11 may - 7 iyun tarixlərində böyüklər üçün iki bilet almaqla siz bir uşaq biletini pulsuz əldə edəcəksiniz.*
· Kampaniya müddəti: 11 may - 7 iyun 2023-cü il
· Səyahət müddəti: 1 iyun – 15 sentyabr 2023-cü il**
Kampaniyadan yararlanıb uşaqlara Dubay biletini hədiyyə əldə etmək üçün turizm agentliyi vasitəsilə iki böyüklər üçün bilet almalı və ya “Azərbaycan Hava Yolları”nın [email protected] ünvanlı çağrı mərkəzi ilə əlaqə saxlamalısınız. Kampaniya yalnız bu şəkildə əldə edilən biletlərdə keçərlidir.
Uşaq biletinin yaş həddi 12 yaşa qədərdir.
Daha bir xoş xəbər! Bu yay uşaqlara Dubayın əfsanəvi otellərində pulsuz qalmağı, həmçinin kinoteatr, əyləncə kompleksləri və şəhərin bir çox görməli yerlərinə pulsuz girişi təmin edən xüsusi “Uşaqlara pulsuz Dubay” təklifi var. Buraya məşhur Burj Khalifa və yepyeni The View at The Palm kimi populyar müşahidə guşələrində pulsuz əyləncə də daxildir.
Bundan əlavə, qonaqlar eksklüziv erkən rezervasiya kampaniyasından yararlana və şəhərdə daha uzun müddət qalıb daha maraqlı yerləri ziyarət etmək üçün çoxlu endirimlər əldə edə bilərlər. İstidən qaçarkən uşaqlarla əylənmək üçün Dubayda qapalı məkanda xizək sürməkdən tutmuş sualtı macəralara qədər bir çox əyləncə var.
Çimərlikdə sakit tətil, mədəniyyət aləminə ekskursiya və ya bol əyləncəli macəraları ilə münasib qiymətli Dubay yayda ailəvi istirahət üçün əla seçim olacaq. AZAL-ın unikal təklifiylə Dubaya səyahət isə artıq daha asandır!
Kampaniya ilə yaxından tanış olmaq üçün sayta daxil olun: www.azal.az
Dubayda yay təklifləri haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.visitdubai.com/en/deals-and-offers/summer-offers
* “Uşaqlara pulsuz Dubay” kampaniyası çərçivəsində aldığınız pulsuz biletlərə hava limanı vergiləri tətbiq olunur.
** İstisnalar tətbiq olunur: 2+1 kampaniyası 28 iyun - 2 iyul 2023-cü il tarixlərindəki səyahətlərə şamil edilmir.
Rekam hüququnda