Əməliyat keçirildi - 15 milyon manatlıq narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əməliyat keçirildi - 15 milyon manatlıq narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO

Qafar Ağayev10:27 - 11 / 05 / 2023
Əməliyat keçirildi - 15 milyon manatlıq narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ay ərzində “qara” bazarda dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının çətin relyef şəraitində, gərgin əmək sərf edilərək həyata keçirdikləri birgə əməliyyat zamanı 160 kiloqram narkotik vasitənin (tərkibi psixotrop maddələrlə zənginləşdirilən 100 kiloqram marixuana və 60 kiloqram tiryək) qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısının alınması barədə ictimaiyyətə bir neçə gün əvvəl məlumat verilib. Həmin narkotiklərin ölkəyə gətirilməsini təşkil edən Tərlan Xasməmmədovun Beyləqan rayonu ərazisində İranla sərhədyanı bölgədə saxlanılması əməliyyatının görüntülərini təqdim edirik.

Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 1 ay ərazində müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə narkotik vasitələr göndərən şəxslərin Azərbaycandakı dayaqlarına qarşı paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazardan dəyəri 15 milyon manat olan 400 kiloqram narkotik vasitə, psixotrop maddə, eləcə də 3 min 600 ədəd ekstazi və metadon həbi çıxarılıb.

Silsilə əməliyyatlar zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən “kanallar”a ciddi zərbə endirilib. Narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir.

Paylaş:
460

Son xəbərlər

PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02
Bütün xəbərlər