Hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub - FOTO

Qafar Ağayev14:42 - 12 / 05 / 2023
Hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması müzakirə olunub - FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Milli Müdafiə Nazirliyinin Tibb Xidməti rəisinin müavini tibb xidməti general-mayoru Durmuş Aydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, MN-in Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev qonaqları salamlayaraq onlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, xüsusilə Vətən müharibəsində hərbi tibb personalının fəaliyyəti barədə geniş məlumat verib.

Görüşdə hərbi tibb xidmətinin Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində tərəfləri maraqlandıran suallar müzakirə olunub.

Qonaqlar, həmçinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Paylaş:
292

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər