Azərbaycan Dövlət Akademik Filarmoniyasına yeni baş dirijor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Dövlət Akademik Filarmoniyasına yeni baş dirijor təyin edilib

15:48 - 13 / 05 / 2023
Azərbaycan Dövlət Akademik Filarmoniyasına yeni baş dirijor təyin edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

1news.az Report-a istinadla xəbər verir ki, müvafiq sərəmcamla təyinat alan Fuad İbrahimov bu vəzifədə Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Qeyd edək ki, F.İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

F.İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.

Paylaş:
817

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər