Aİ liderləri Türkiyə xalqını seçkilərdəki fəallığa görə təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Aİ liderləri Türkiyə xalqını seçkilərdəki fəallığa görə təbrik edib

15:27 - 15 / 05 / 2023
Aİ liderləri Türkiyə xalqını seçkilərdəki fəallığa görə təbrik edib

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 14 mayda keçirilən seçkilərdə yüksək fəallıq nümayiş etdirən Türkiyə vətəndaşlarını təbrik ediblər.

1news.az APA-ya istinadla xəbər verir ki, Aİ liderləri dünənki seçkilərin demokratiyanın qələbəsi olduğunu vurğulayıblar.

Ursula von der Leyen qeyd edib ki, bu, Türkiyə xalqının seçkiyə getmək, səs vermək kimi demokratik hüququndan istifadə etməkdə qətiyyətli olmasının və demokratik təsisatlara dəyər verməsinin açıq göstəricisidir.

Paylaş:
400

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər