Gürcüstan Parlamentinin deputatı: “Gürcüstan-Azərbaycan münasibətləri yanlız bölgə üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir” | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan Parlamentinin deputatı: “Gürcüstan-Azərbaycan münasibətləri yanlız bölgə üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir”

Qafar Ağayev13:37 - 16 / 05 / 2023
Gürcüstan Parlamentinin deputatı: “Gürcüstan-Azərbaycan münasibətləri yanlız bölgə üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir”

“Bu gün Gürcüstan-Azərbaycan münasibətləri dünya üçün nümunədir”.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Milli Məclisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda iştirak edən Gürcüstan Parlamentinin üzvü Zaur Darğalı deyib.

“Azərbaycan Gürcüstan üçün dost, strateji müttəfiq dövlətdir. Bu gün bölgədə gedən proseslər onu göstərir ki, Gürcüstan-Azərbaycan münasibətləri yanlız bizim bölgə üçün, bütün dünya üçün əhəmiyyətlidir. Enerji təhlükəsizliyi baxımından, həm şərq-qərb əlaqələrində, müxtəlif istiqamətlərdə əlaqələrin güclənməsi baxımından gedən proseslərin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.

“Biz bu gün onu görürük ki, o nəsil siyasətçilər bölgənin gələcək inkişafını, bölgənin gələcək təhlükəsizliyini görərək düzgün addımlar atıblar” – deyə, Z.Darğalı əlavə edib:

“Bunu həm Gürcüstan, həm də Azərbaycan tərəf qəbul edir ki, təməlin banisi Heydər Əliyev olub. Bizim üçün bugünkü tədbirdə iştirak etmək xüsusi önəm daşıyır. Həm Azərbaycan Prezidenti, həm də baş nazir ilə görüşlərdə hər iki tərəf vurğulayır ki, Gürcüstan-Azərbaycan dostluğu bu gün ən möhkəm bağlara, dostluq, stateji bağlarına malikdir. Hər iki tərəf bizim xalqlarımızın, bölgəmizin sülh və əminamanlıq içində yaşaması üçün bu gün düzgün, düşünülmüş addımlar atır”.

Paylaş:
505

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər