Türkiyəli deputat: “Heydər Əliyev önəmli rolu üzərinə götürərək Azərbaycanı çətin vəziyyətdən çıxardı” | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyəli deputat: “Heydər Əliyev önəmli rolu üzərinə götürərək Azərbaycanı çətin vəziyyətdən çıxardı”

14:22 - 16 / 05 / 2023
Türkiyəli deputat: “Heydər Əliyev önəmli rolu üzərinə götürərək Azərbaycanı çətin vəziyyətdən çıxardı”

“Azərbaycanda özümü evimdəki kimi hiss edirəm, Ankara və Bakı arasında heç bir fərq yoxdu”.

1news.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət vəkili Bayram Özçelik Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.
“Ölkələrimiz həm pis gündə, həm də xoş günlərdə bir yerdə olub. Azərbaycan müstəqilliyini əldə edəndə Sovet ittifaqından çıxan digər müqayisədə daha ağır günlər keçirirdi. Həmin dövrlərdə Azərbaycanda müharibə var idi. Həmin dövrdə Heydər Əliyev önəmli rolu üzərinə götürərək Azərbaycanı çətin vəziyyətdən çıxardı
“Heydər Əliyev olmasa idi, həm Azərbaycan, həm də region dövlətləri bu səviyyədə inkişaf etməzdi” – deyə, B.Özçelik əlavə edib:
“Bu gün Türkiyənin bir çox şəhərində Heydər Əliyevin heykəli, adına parklar var. Heydər Əliyev ilə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl arasında qardaş münasibətləri olub. Bu gün də Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında bu münasibətlər daha da inkişaf edir”.

O, qeyd dib ki, Türkiyədə zəlzələ baş verəndən sonra ilk dəstək Azərbaycandan gəldi.
“Biz bunu heç bir zaman unutmayacağıq”

Paylaş:
231

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər