3-cü “Yüksəliş” müsabiqəsində say çoxluğuna görə ilk 5 yeri bu bölgədən olan namizədlər tutur | 1news.az | Xəbərlər
Cəmiyyət

3-cü “Yüksəliş” müsabiqəsində say çoxluğuna görə ilk 5 yeri bu bölgədən olan namizədlər tutur

Qafar Ağayev16:36 - 17 / 05 / 2023
3-cü “Yüksəliş” müsabiqəsində say çoxluğuna görə ilk 5 yeri bu bölgədən olan namizədlər tutur

3-cü "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsində 1325 nəfər əyani mərhələyə keçib.

1news.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib.

O qeyd edib ki, 1325 namizəddən 1289 nəfəri Azərbaycanda, 118 nəfəri xaricdə bakalavr təhsili alıb.
“Uğur qazananlardan 300 baldan aşağı bal toplayaraq bakalavr təhsili alanlar 6,49 faiz, 601-700 bal arası bal toplayanlar isə 30,26 faizdir.
Əyani imtahana keçənlərdən 1043 nəfəri magistratura təhsillidir. Onlardan 813 nəfəri Azərbaycanda, 230 nəfəri xaricdə təhsil alıb.
Əyani mərhələyə keçənlərdən 102 nəfəri isə doktorantura təhsillidir.

F. Hacıyev bildirib ki, müsabiqədə uğur qazananlar daha çox Bakı şəhərindəndir (771 nəfər - 58,19 faiz).
“İkinci yerdə Abşeron-Xızı (85 nəfər - 6.42 faiz), 3-cü yerdə Qarabağ (56 nəfər - 4.23 faiz, 4-cü yerdə Lənkəran-Astara (52 nəfər - 3.92 faiz), 5-ci yerdə isə Şəki-Zaqatada qərarlaşıb (52 nəfər - 3.92 faiz).

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Azarbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.

Paylaş:
415

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər