“Azərbaycanfilm”in direktoru Meksika səfiri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanfilm”in direktoru Meksika səfiri ilə görüşüb - FOTO

10:53 - 17 / 05 / 2023
“Azərbaycanfilm”in direktoru Meksika səfiri ilə görüşüb - FOTO

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla görüşüb. Görüşdə Meksika kinosunun Azərbaycanda, eyni zamanda Azərbaycan kino sənətinin Meksika və Latın Amerikası ölkələrində tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan kinosunun yaranmasının 125-ci, “Azərbaycanfilm” kinostudiyasının isə 100-cü ildönümündə yeni və klassik filmlərimizin ispan dilinə tərcümə olunaraq Meksikada nümayişi, hər iki ölkənin kino xadimlərinin qarşılıqlı görüşlərinin keçirilməsi, həmçinin Meksikanın Milli Kino İnstitutu (ImCine) ilə əməkdaşlığın qurulması qərara alınıb. Qarşıda duran məsələlərin növbəti mərhələsi isə müştərək filmlərin istehsalıdır. Ümumilikdə görüşdə kino sahəsində əməkdaşlıqla bağlı baş tuta biləcək bir çox layihələrin perspektivindən söhbət açılıb.

Qeyd edək ki, yaxın günlərdə ölkəmizdə Latın Amerikası ölkələrinin film günlərinin keçirilməsi ilə bağlı məsələ gündəmdədir.

Paylaş:
479

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər