Masazırda evdən 30 min manat pul oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda evdən 30 min manat pul oğurlanıb

11:53 - 17 / 05 / 2023
Masazırda evdən 30 min manat pul oğurlanıb

Abşeronda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Paylaş:
261

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər