İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib

16:54 - 18 / 05 / 2023
İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ süd məhsulunu məhv edib.

Bu barədə 1news.az-a AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 22,164 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər