“Azərbaycanfilm”in direktoru Kazanda tədbirdə çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanfilm”in direktoru Kazanda tədbirdə çıxış edib - FOTO

14:55 - 19 / 05 / 2023
“Azərbaycanfilm”in direktoru Kazanda tədbirdə çıxış edib - FOTO

Rusiya Federasiyasının və Tatarıstan Respublikasının Mədəniyyət Nazirliklərinin təşkilatçılığı Tatarıstan Respublikasının Kazan şəhərində “Bölgənin iqtisadi inkişafinda kino istehsalının rolu” adlı tədbir keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov da iştirak edib.

Tədbirin keçirilməsində məqsəd bölgənin iqtisadi inkişafının əsas faktoru kimi milli kino istehsalının inkişaf strategiyalarının müəyyən edilməsi və bu istiqamətdə müzakirələrin aparılmasıdır. Tədbirin moderatoru jurnalist və prodüser, Rusiya Kinematoqrafçılar İttifaqının, Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının üzvü, Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının akademiki İvan Kudryavtsev olub.

Tədbirdə məruzə ilə çıxış edən Nazim Hüseynov kinematoqrafiya sahəsində beynəlxalq layihələrin perspektivlərindən danışıb, milli kino sənayesinin köməyi ilə yaranan ənənələrin regionun inkişafındakı rolunu diqqətə çatdırıb.

Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Hindistandan, Rusiya və digər ölkələrin kino xadimləri də iştirak ediblər.

Paylaş:
487

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər