Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

16:51 - 19 / 05 / 2023
Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görüldü - FOTO

ADA Universitetinin rektoru professor Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb.

1news.az xəbər verir ki, mayın 19-da Gürcüstan Texniki Universitetinin binasında fəxri diplomun təqdim olunma mərasimi keçirilib.

Universitetin rektoru David Qurqenidze Hafiz Paşayevə fəxri doktor adının verilməsi qərarının ali məktəbin Elmi Şurası tərəfindən qəbul olunduğunu qeyd edib. O, Hafiz Paşayevə fəxri doktor diplomu və Gürcüstan Texniki Universitetinin fəxri nişanını təqdim edib.

Professor Hafiz Paşayev universitetin rektoruna və Elmi Şurasına onu bu yüksək mükafata layiq gördükləri üçün təşəkkür edib.

Mərasimdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, səfir Faiq Quliyev, Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili və digər rəsmilər iştirak ediblər.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər