Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb - FOTO

13:00 - 22 / 05 / 2023
Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanılıb - FOTO

May ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan vətəndaşı, 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Bu barədə 1news.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər