Son sutkada koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:00 - 23 / 05 / 2023
Son sutkada koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 188 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 177, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 296, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 328, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 207 nəfər təşkil edir.

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər