Naxçıvanın daha bir qurumu “gov.az” zonasına köçürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanın daha bir qurumu “gov.az” zonasına köçürülüb

Qafar Ağayev11:45 - 25 / 05 / 2023
Naxçıvanın daha bir qurumu “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon İcra Hakimiyyətinin elektron informasiya resursu yeni “shahbuz-ih.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.

1news.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər