Naxçıvanda şəhid atasının adından istifadə edərək vətəndaşları aldadan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda şəhid atasının adından istifadə edərək vətəndaşları aldadan şəxs saxlanılıb

17:04 - 26 / 05 / 2023
Naxçıvanda şəhid atasının adından istifadə edərək vətəndaşları aldadan şəxs saxlanılıb

Culfada şəhid atasının adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Culfa Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən müharibəsi şəhidi Nicat Məmmədlinin şəkillərini paylaşaraq şəhid atasının adından vətəndaşları işə düzəltmək adı altında aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirən Rizvan Qafarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər