4S ilə Claas əməkdaşlığı genişləndirilir - FOTO

2017-ci ildən Azərbaycan bazarında Almaniyanın Claas markasının rəsmi tərəfdaşı olan 4S yeni inkişaf mərhələsinə qədəm qoyub.
Son 5 illik fəaliyyət dönəmini ciddi analiz edən şirkət gələcək 5 il üçün inkişaf konsepsiyasını işləyib hazırlayıb. Yeni inkişaf konsepsiyasında innovativ yeniliklərin Azərbaycan bazarında təqdimatının genişləndirilməsi ilə yanaşı, fermerlərə daha yaxın olmaq üçün servis şəbəkəsinin genişləndirilməsi hədəf kimi müəyyənləşdirilib. Bu məqsədlə Bakıda 2023-2028-ci ildə əməkdaşlığa dair memarandum imzalanıb.
Eyni zamanda dünyada baş verən geosiyasi prosesslər buğda, taxıl və digər dənli bitkilər sahəsinə qiymətlərin artımına səbəb olmaqdadır. Bu reallığı nəzərə alaraq 4S Azərbaycanlı fermerlərə daha müasir, daha güclü və istismar xərcləri daha optimal olan texnologiyaları təqdim etmək niyyətindədir.
4S və Claas şirkətinin Azərbaycanlı fermerlərə təqdim etdiyi son yenilik isə Claas Trion kombaynıdır. Yeni Trion Claasın kombaynlarının istehsalı sahəsində çox təcrübəsi nəzərə alınaraq, fermerlərin istəkləri və yeni innovasiyaların tətbiqi ilə istehsal edilib. Hər bir əkin sahəsinin özünə məxsusluqları mövcuddur və bu mexanizatordan və onun maşınından maksimal güc və bacarıq tələb edir. Məhz Claas Trion bu tələblərə cavab verən unikal və universal maşındır. Claas Trion asan və sürətli şəkildə bir bitkinin bicinindən digərinin biçininə adaptasiya ola bilir və bu bacarığına görə bazarda rəqibsizdir.
Müasir zamanda kombayn hərəkətdə olan mini fabrikdir və onun ortlama 20 paramentri olur. Effektiv iş üçün mexanizator bu parametləri ayrı ayrılıqda tənzimləməlidir. Kombaynın biçin parametrləri düzgün tənzimlənməyəndə onun məhsuldarlıq əmsalı aşağı düşür. Bunu nəzərə alan Claas mütəxəsislərinin Trionu təchiz etdiyi CEMOS bütün bu işlərin effektiv optimallaşdırılmasını öz üzərinə götürür. Başqa sözlə Trion Sizin sahədə yalnız biçin həyata keçirmir, eyni zamanda sahənizi öyrənir və yaddaşına hək edir. Biçinin hər saatı o Sizə daha effektiv xidmət üçün özünü təkminləşdirir. Trionun smart sistemlərlər təmin edilməsi mexanizatorunda işini asanlaşdırır.
Üstün göstəriciləri və universallığı onun 2022-ci il Farm Machine nominasiyasının qalibi edib. Artıq bu ilin biçin mövsümündə Azərbaycan taxılıda Claas Trion ilə biçiləcək.
Eyni zamanda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Almaniya Federativ respublikasına işguzar səfəri zamanı iş adamları ilə keçirilən məhsuldar görüşün nəticəsi olaraq yeni mərhələdə Claas və 4S birlikdə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanlarının araşdırılmasınada başlayıb. Bu sahədə artıq dövlət orqanları ilə ilkin məsləhətləşmələrdə başlayıb.
4S şirkəti yeni dönəmdə Azərbycan fermerlərinə yaxın olmağa, onlara ən yaxşı xidmət göstərmək üçün struktur islahatlarını uğurla həyata keçirdib. Azərbaycanlı fermerləri 4S izləməyə və bizimlə qalmağa dəvət edirik.
4S və Claas fürsətdən istifadə edib Azərbaycan xalqını 28 may respublika günü münasibəti ilə təbrik edirik. 3 rəngli ay-ulduzlu bayrağımızın daim qururla dalğalanmasını arzulayırıq.
Reklam hüququnda






