“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı

Qafar Ağayev20:34 - 27 / 05 / 2023
“Azərbaycan Dəmir Yolları” QSC Gürcüstanda baş vermiş hadisə ilə bağlı məlumat yaydı

“Azərbaycan Dəmir Yolları” QSC Marabda-Kartsaxi dəmiryolu sahəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

QSC-dən 1news.az-a bildirilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialının bir əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

“Təəssüflə qeyd edirik ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, doğmalarına səbr diləyirik. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmamışdır”, - QSC-dən bildirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Paylaş:
718

Son xəbərlər

ANAMA: Antiterror əməliyyatlarından sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılırBu gün, 12:52Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənibBu gün, 12:42II Milli Qurama Festivalı ŞəkidəBu gün, 12:32Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39
Bütün xəbərlər

Next TV