“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTO

Qafar Ağayev16:58 - 29 / 05 / 2023
“Azərxalça”da 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi - FOTO

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu gün Azərbaycanda uzun illərdir geniş qeyd edilir. Ölkəmizdə uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb, uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.

1news.az xəbər verir ki, artıq üçüncü ildir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də geniş qeyd olunur. Bu il “Azərxalça” ASC, “United Aid For Azerbaijan” (UAFA) təşkilatı və “Mcdonalds” şirkətinin birgə təşkilatçılığı ilə UAFA-nın Yasamalda yerləşən İcma Əsaslı Reabilitasiya Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan uşaqları üçün “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda xüsusi tədbirlər, ustad dərsləri təşkil olundu. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını, xüsusilə Qarabağ xalçalarının ornamentlərini öz təxəyyüllərinə uyğun boyadılar.

Həyata keçirilən tədbir uşaqların sosial reabilitasiyasına töhfə verir. Bu uşaqların bacarıq və özünə inamlarının nümayiş olunması üçün nəzərdə tutulan ustad dərslərinin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, sosiallaşmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətlidir. Məqsəd bu uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə diqqətin göstərməkdir.

“Azərxalça” ASC gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək prosesində hər zaman fəal iştirak edir və inanır ki, xalça dünyasına səyahət edən uşaqlarda xalça toxuma, ornamentləri boyama, rəngli saplarla oynama, xalçaların sirli-sehrli rəngləri də əslində yaxşı reabilitasiya üsuludur.

Hər zaman uşaqların sevincinə rəng qatan "McDonald’s" Azərbaycan bu il də uşaqlarımızı sevindirdi. Ustad dərsləri bitdikdən sonra uşaqlar üçün təşkil olunmuş bayram "McDonald’s" filialında davam etdirilib. Uşaqlar burada əylənib öz sevimli menyularını dadaraq gözəl vaxt keçiriblər. "McDonald’s" Azərbaycan şirkəti öz xeyriyyə tədbirləri ilə cəmiyyətimizdə xüsusi yer tutur və daima bu tipli tədbirlər, müxtəlif sosial layihələr keçirərək öz dəstəyini göstərməkdə davam edir.

Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması və qorunması işıqlı, parlaq və ümidverici gələcəyimizin qarantıdır. Uşaqların istedadının üzə çıxarılması, fiziki məhdudiyyəti olan uşaqların ictimai həyatda fəal iştirakı, inteqrasiya olunması, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində “Azərxalça” ASC bu tipli tədbirləri il ərzində davam etdirməyi də planlaşdırır.

Uşaqlar gülsün, Dünya gülsün!

Paylaş:
567

Son xəbərlər

Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17
Bütün xəbərlər

Next TV