“Azərxalça” ASC- nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça” ASC- nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olub - FOTO

13:10 - 01 / 06 / 2023
“Azərxalça” ASC- nin xalçalarının ilk dəfə Latviyada sərgisinin açılışı olub - FOTO

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan, milli mənəvi irsimiz hesab olunan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin növbəti sərgisinin Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin dəstəyi ilə may ayının 31- də Latviyanın Liepaya şəhərində açılışı baş tutub. Xalçalarla yanaşı Azərbaycanın xalçaçılıq sənətinə həsr olunmuş foto sərgi və video çarxlar da təqdim olunub.

Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin, “Azərxalça” ASC, Liepaya Muzeyinin birgə təşkilatçılığı və Liepaya Şəhər Şurasının əməkdaşlığı ilə Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgi “Azərbaycan xalçaları. Keçmişlə müasirin sinergiyası” adlanır.

Azərbaycan xalçaları 2027-ci il üçün Avropanın mədəniyyət paytaxtı seçilən Liepaya şəhərində və ümumiyyətlə, Şimali Avropada ilk dəfə sərgilənib. Liepaya Muzeyinin kollektivi sərgiyə böyük maraq göstərmiş və sərginin ərsəyə gəlməsi üçün qısa zamanda lazımi şərait yaratmışdır.

Xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.

Sərgidə Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycan Latviyadakı səfiri Elnur Sultanov, "Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və muzeyin direktoru Datse Karkla sərginin açılışında çıxış ediblər.

Mer Qunars Ansinş bu hadisənin Liepaya şəhəri üçün əlamətdar hadisə olduğunu qeyd edərək, Azərbaycanın Liepayanın 2027-ci il üçün Avropa Mədəniyyət Paytaxtı namizədliyinə ilk dəstək verən xarici ölkə və tərəfdaş olduğunu xatırlatmış və bu kontekstdə Azərbaycan xalçalarının sərgisinin keçirilməsinin ilk tədbir olaraq böyük rəmzi məna daşıdığını vurğulamışdır.

Səfir E.Sultanov sərginin yerli ictimaiyyət üçün Azərbaycanın qədim mədəniyyəti və xalçaçılıq sənəti ilə yaxından tanış olmaq imkan yaratdığını və ikitərəfli əməkdaşlığa dəyərli töhfə verdiyini bildirmişdir.

Emin Məmmədov çıxışı zamanı “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, 20-ci əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC – nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.

Muzeyin direktoru Datse Karkla xalça sərgisinin Liepaya şəhərinin mədəni həyatında vacib hadisə olduğunu və Azərbaycan xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini qeyd edərək, nümayiş olunan xalçaların yerli ictimaiyyətdə və şəhərin qonaqlarında böyük maraq doğuracağının əminliyini bildrib.

Sərginin açılışında Liepaya və digər şəhər bələdiyyələrinin, mədəni, akademik dairələrin, mətbuat nümayəndələri, yerli ictimaiyyət və Azərbaycan icmasının üzvləri iştirak edib. Xalça sərgisi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Muzeydən verilən məlumata görə sərginin açılışında rekord sayda ziyarətçilər iştirak etmişdir.

Liepaya Muzeyində təşkil olunan sərginin qapıları bir ay ərzində xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat verilir.

Reklam hüququnda

Paylaş:
457

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər