PAŞA Holding və PAŞA Sığortanın təşkilatçılığı ilə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədbir keçirilib
PAŞA Holding və PAŞA Sığortanın təşkilatçılığı ilə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir həyata keçirilib.
Tədbirdə PAŞA Qrupun əməkdaşları iştirak edərək kiçik dostlarımızla əyləncəli vaxt keçirib.
Tədbirin sonunda PAŞA Holding adından uşaqlara müxtəlif hədiyyələr - maarifləndirici oyunlar və dəftərxana ləvazimatı təqdim olunub.
Qeyd edək ki, əhalinin həssas qruplarına, xüsusən də uşaqlara dəstək daim PAŞA Holding-in Korporativ Sosial Məsuliyyət fəaliyyətinin mərkəzində olub. Belə ki, Holding və onun törəmə şirkətləri tərəfindən SOS uşaq kəndi və ölkəmizdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə mütəmadi olaraq dəstək göstərilir.
326