Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edib

Qafar Ağayev17:46 - 01 / 06 / 2023
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edib

Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili (subbakalavr) pilləsinə ("Gizir hazırlığı kursu"na) qəbulunu elan edir.

MN-dən 1news.az-a verilən məlumata görə, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər 1 iyun 2023-cü il tarixindən 10 iyul 2023-cü il tarixinədək sənədlərlə birlikdə Heydər Əliyev adına Hərbi İnstitutda fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Paylaş:
813

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər