“Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib - FOTO - VİDEO

13:44 - 02 / 06 / 2023
“Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilib - FOTO - VİDEO

26 may 2023-cü il tarixində “Agro Dairy” MMC-nin Samux/Tovuz ərazilərində “Payızlıq dənli bitkilərin toxumçuluğu üzrə açıq qapı günü” keçirilmişdir.

Məqsəd “Agro Dairy” MMC-nin toxumçuluq fəaliyyəti ilə tanış olmaq, dənli taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və payızlıq arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi və istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, məhsul istehsalçılarının bu innovativ yeniliklərlə əyani tanışlığı, kənd təsərrüfatının intensiv inkişafı və bu sahələrdə fikir və təcrübə mübadiləsi aparılması, bilik və təcrübələrin bölüşülməsi olmuşdur.

“Açıq qapı günündə” toxumçuluqla və taxıl istehsalı ilə məşğul olan özəl və dövlət qurumlarının 70 nəfərdən çox nümayəndələri iştirak etmişdirlər. İştirakçılar arasında Dövlət Toxum Fondunun, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun nümyəndələri, ADAU-nun müəllim heyəti və tələbələri, Samux/Tovuz DAIM əməkdaşları, özəl təsərrüfatların rəhbərləri, alimlər, aqronomlar, mütəxəssislər və digər maraq göstərənlər olmuşdur.

Bütün iştirakçıları qarşıladıqdan sonra onlara Sətəm mütəxəssizi tərəfindən təlim kecirilmişdir və Tovuz sahəsinə xüsüsi avtobuslarla yollanmışdılar. Tovuz ərazisində ilk olaraq Agro Dairy ərazilərində yetişdirilən payızlıq ərzaqlıq buğdanın Balaton, Maurizio, Gaudio, Qırmızıgül 1, Xəzri, Ləyaqətli 80, arpanın Finola və Arcanda sortları nümayiş olunmuşdur.

Daha sonra Payızlıq buğdanın Agro Dairy ərazisində ilk dəfə yoxlanılan sınaq-nümayiş əkinlərində olan Zampano (Avstriya), Almiera, Tigre (Fransa), Baqrat (Rusiya), arpanın Piroska, Gremonia (Avstriya), Manava və Oberek (Fransa) sortlarına baxış keçirilmişdir və onların təsərrüfat-bioloji xüsusiyyətləri ilə tanış olmuşdurlar. Agro Dairyin Ceyrançöl ərazisi üzrə baş aqronomu, baş aqronomun müavini sınaq-nümayiş əkinlərində olan sortlar barədə ətraflı və müfəssəl məlumat vermişdirlər.

Ümümi olaraq 8 pivot sahələrinə baxış keçirilmişdir və, Agro Dairyin peşəkar aqranomları iştirakçılara müfəssəl məlumat təqdim edib, iştirakçıların çoxsaylı suallarını cavablandırmışdılar. Agro Dairy tərəfindən üçüncü dəfə təşkil edilmiş “açıq qapı günündə” iştirakçıların çoxsaylı sualları cavablandırılmış, ayrı-ayrı sortların toxumuna təlabat və toxumçuluqda prioritet məsələlər barədə fikir mübadiləsi aparılmış, toxumluq məhsul istehsalı zamanı planlaşdırma işlərində iştirakçıların arzu və tövsiyələrinin nəzərə alınmasına xüsusi önəm verilməsi qeyd edilmişdir.

Reklam hüququnda

Paylaş:
472

Son xəbərlər

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib26 / 09 / 2023, 23:02Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb26 / 09 / 2023, 17:55Bakı şəhər DYP Anım Günü ilə bağlı müraciət edib26 / 09 / 2023, 17:51Səkidə maşın sürən şəxs cərimələnib26 / 09 / 2023, 17:45Qarabağa yanğınsöndürmə briqadası göndərilib26 / 09 / 2023, 17:35Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib26 / 09 / 2023, 17:32Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib26 / 09 / 2023, 17:25Hikmət Hacıyev: “Bundan sonra da Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı davam etdiriləcək”26 / 09 / 2023, 17:17Binəqədidə TIR aşıb26 / 09 / 2023, 17:02TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub26 / 09 / 2023, 16:51Azərbaycan polisindən tıxacda qalan ermənilərə jest - VİDEO26 / 09 / 2023, 16:29Keçmiş məhkum narkotik satışına görə tutuldu26 / 09 / 2023, 16:29Bu ilin 8 ayında avtobus və mikroavtobusların iştirakı ilə baş verən qəzaların sayı açıqlandı26 / 09 / 2023, 15:52BDYPİ sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib26 / 09 / 2023, 15:51Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub26 / 09 / 2023, 15:48Söyüdlüdə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb26 / 09 / 2023, 15:30Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntüləri - VİDEO26 / 09 / 2023, 15:11Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi26 / 09 / 2023, 15:07Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb - FOTO26 / 09 / 2023, 14:44“Azad olunmuş ərazilərdə sulardan ən çox qorunmalı olanı Tərtər çayıdır” - Ekspert26 / 09 / 2023, 14:37
Bütün xəbərlər

Next TV