Deputat: “İranda azərbaycanlılara qarşı aqressiya var, ora səfər təhlükəlidir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “İranda azərbaycanlılara qarşı aqressiya var, ora səfər təhlükəlidir”

17:00 - 02 / 06 / 2023
Deputat: “İranda azərbaycanlılara qarşı aqressiya var, ora səfər təhlükəlidir”

“Azərbaycanlı tələbənin İranda casus ittihamı ilə həb olunması çox gülünc və hiddət doğuran bir xəbər oldu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu, İran fars-molla rejimindən gözləniləndir.

“Onlar nəyin bahasına olursa olsun Azərbaycanda casusluq xidməti göstərən və Azərbaycan əleyhinə işləyən qüvvələrin həbsindən sonra heç bir əsası olmadan azərbaycanlılara qarşı buna bənzər ittihamlar irəli sürməklə sanki qisas aldıqlarını bəyan etmək istəyirlər. Ancaq bu İran tərəfinə heç nə verməyəcək. Azərbaycanda İrandan fərqli olaraq casusluq xidməti göstərən, Azərbaycan əleyhinə fəaliyyətlər görən, Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən şəxslərin məqsədini sübut edən kifayət qədər video çıxışlar Azərbaycan xüsusi xidmət orqanlarında var. Eyni zamanda mediada, “Youtube”də buna bənzər çağırışları hər kəs görə bilər. Ancaq azərbaycanlı tələbənin belə bir ittihamla həbs olunmasını sübut edən heç bir fakt, dəlil yoxdur. Bu da haqsız yanaşmadır”.

“Biz təəssüf hissi ilə hər dəfə qeyd edirik ki, İran Ermənistanı açıq formada müdafiə edir” – deyə, deputat əlavə edib:

“Təcəvüzkar Ermənistana dəstək verir, taleyüklü məsələlərdə hər dəfə Ermənistanın tərəfini tutur. Biz isə bundan fərqli olaraq İrana qonşu münasibəti sərgiləmişik. Ancaq təəssüflər olsun ki, İran bunu düzgün anlamayıb, İran Azərbaycana hər vəchlə daha çox təsir və təyziq etməyə çalışıb. 44 günlük Vətən Müharibəsində biz İranın Azərbaycan sərhədlərinə ordu yığmasının da şahidi olduq. İran Azərbaycan sərhədlərində hərbi təlimlər keçirdi. Qafan şəhərində İranın konsulluğullu açıldı, Zəngəzur dəhlizinin açılması fikrinə qarşı çıxdılar, İrandan olan bir sıra fəallar və siyasi xadimlər Azərbaycanın əleyhinə açıqlamalar verdilər. Bu aqressiyanın arxasında təbii ki, Azərbaycanın uğurları dayanır. İran Azərbaycanın uğurlarını sindirmək istəmir, fars rejimi Azərbaycanın qazandığı bu uğurları görmək istəmir. Çünki güclü bir Azərbaycan regionda İran üçün təhdid hesab olunur. İkinci məsələ isə Azərbaycan-İsrael arasındakı dostluq münasibətidir. Onu da qeyd edim ki, Azərbaycanın İsraillə yaxınlaşması 3-cü bir dövlətə təhdid deyil. Azərbaycan istənilən dövlətlə, istənilən beynəlxalq qurumla yaxınlaşa bilər. Burada hər hansısa bir dövlətə qarşı təhdid yoxdur, Azərbaycan yalnız öz suverenliyini, milli təhlükəsizliyini, öz sərhədlərini qoruyur və öz gələcək strategiyasını formalaşdırmaqdadır. Bu baxımdan da İranın Azərbaycana qarşı aqressiyasını artıran əsas faktorların heç bir əsası yoxdur, İran Fars molla rejimi bu mövqeyində tamamilə yanlışdır”.

Deputat bildirib ki, Azərbaycanla İran sərhədi bağlıdır, bu sərhədlə vətəndaşların keçməsi mümkün deyil. Yalnız təyyarə vasitəsilə və ya üçüncü dövlətlərin ərazisindən keçməklə İrana səfər etmək olur.

“Ancaq xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra İrana bu cür səfərlərin edilməsi təhlükəlidir. Azərbaycan vətəndaşları çalışmalıdır ki, rəsmi dəvət və ya rəsmi səfər olmadığı təqdirdə İrana səfər etməkdən çəkinsinlər. İranda azərbaycanlılara qarşı aqressiya var. Tehranda - Azərbaycan səfirliyində teror hadisəsinin törədilməsi, Azərbaycan diplomatının şəhid edilməsi və digərlərinin yaralanması, daha sonra Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafaya qədər İrana meyilli radikal qruplar tərəfindən sui-qəsdin təşkil edilməsi onu deməyə imkan verir ki, İranda Azərbaycan vətəndaşalarına qarşı münasibət heç də yaxşı deyil. Bu baxımdan da, İrana səfər etməkdən çəkinməliyik. Çalışmalıyıq ki, İranın Azərbaycana qarşı səmimi, dost mövqeyini tam gördükdən və buna əmin olduqdan sonra İrana səfər etsinlər”.

Qeyd edək ki, İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Paylaş:
500

Son xəbərlər

FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilibBu gün, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edibBu gün, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunubBu gün, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririkBu gün, 12:21Azərbaycan nefti ucuzlaşıbBu gün, 12:05İlham Əliyev Braziliya liderini təbrik edibBu gün, 12:01Sabahın hava proqnozuBu gün, 11:41Bakıda evdə partlayış olub, xəsarət alan varBu gün, 11:30Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıbBu gün, 11:17Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəd istiqamətində hərbçilərin sosial-məişət şəraiti ilə tanış olubBu gün, 10:59Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilibBu gün, 10:40Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 10:18Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edibBu gün, 10:01Şuşada 32 ildən sonra ilk toy mərasimi keçirilir - FOTO06 / 09 / 2024, 18:10Dövlət başçısı: Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək06 / 09 / 2024, 17:55I siniflərə və məktəbəhazırlıq qruplarına qəbul olunan uşaqların sayı açıqlanıb06 / 09 / 2024, 17:28Bakı Təşəbbüs Qrupu beynəlxalq qurumlara rəsmi məktub ünvanlayıb06 / 09 / 2024, 17:04Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib06 / 09 / 2024, 16:56
Bütün xəbərlər