DİM-dən sosial şəbəkə istifadəçilərinə müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-dən sosial şəbəkə istifadəçilərinə müraciət

Qafar Ağayev10:49 - 02 / 06 / 2023
DİM-dən sosial şəbəkə istifadəçilərinə müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

DİM-dən 1news.az-a verilən müraciətdə deyilir:

“Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır.

Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.

İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur.

Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər.

Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur”.

DİM bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və qurumun adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edir:

“Facebook”, “Instagram”, “Telegram”, “TikTok”, “Youtube”, “Twitter”, “Linkedin”.

Paylaş:
362

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər