FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:34 - 03 / 06 / 2023
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə növbəti müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".

Paylaş:
832

Son xəbərlər

Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyirBu gün, 17:50On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 17:45“Xəzri-2023”: Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblərBu gün, 17:39Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilibBu gün, 17:31Nazirlik Müəllimlər Günü ilə bağlı valideynlərə müraciət ünvanlayıbBu gün, 17:17Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötürBu gün, 14:22Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündürBu gün, 14:10
Bütün xəbərlər

Next TV