IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

15:48 - 03 / 06 / 2023
IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

1news.az xəbər verir ki, imtahan keçirilən şəhər və rayonlarda 62 imtahan binası, 1111 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 62 ümumi imtahan rəhbəri, 183 imtahan rəhbəri, 1387 nəzarətçi – müəllim, 189 buraxılış rejimi əməkdaşı, 62 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

1 nəfər binanın girişində yoxlama zamanı üzərində olan mobil telefonu gizlətməyə cəhd etdiyi üçün imtahana buraxılmayıb. Xatırladaq ki, girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan və ya imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.

İmtahanda 18 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

4 iyun saat 15:00-da DİM-in “Youtube” vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza bilərlər.

İyunun 4-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

09:56

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 3-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Mərkəzdən 1news.az-a bildirilib ki, bu gün həmçinin I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək.

IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14 683 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Paylaş:
677

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTOBu gün, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİBBu gün, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olubBu gün, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşulduBu gün, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİBBu gün, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıbBu gün, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandıBu gün, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?Bu gün, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edibBu gün, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edibBu gün, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam veribBu gün, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edibBu gün, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edibBu gün, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olubBu gün, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olubBu gün, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olubBu gün, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçiriliribBu gün, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilibBu gün, 15:59İqlim qəhrəmanları - FOTOBu gün, 15:56
Bütün xəbərlər