Avtovağzalın qarşısında çantadan 4 min dollar oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtovağzalın qarşısında çantadan 4 min dollar oğurlanıb

11:42 - 05 / 06 / 2023
Avtovağzalın qarşısında çantadan 4 min dollar oğurlanıb

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən 1news.az-a verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırılma aparılır.

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər