Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb

11:59 - 05 / 06 / 2023
Pirallahıda evdən 10 min manatlıq qızıl oğurlanıb

Pirallahı rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər