Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

10:53 - 07 / 06 / 2023
Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, iyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib:

"Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir".

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər