Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

14:50 - 08 / 06 / 2023
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 025, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 634, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 189, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 245 təşkil edir.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər