Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs saxlanıldı

16:28 - 08 / 06 / 2023
Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs saxlanıldı

Bakıda apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

1news.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib.

Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir.

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsinində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib.

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər